(Azərbaycan dili) Talışlardan Orduxana sərt cavab: "Ələkrəm sənin torpağını qoruyanda, sən Rusiyada alver edirdin" (Video) - Fenix.press
(Azərbaycan dili) Talışlardan Orduxana sərt cavab: «Ələkrəm sənin torpağını qoruyanda, sən Rusiyada alver edirdin» (Video)

(Azərbaycan dili) Talışlardan Orduxana sərt cavab: «Ələkrəm sənin torpağını qoruyanda, sən Rusiyada alver edirdin» (Video)

Извините, этот техт доступен только в “Азербайджанский”. For the sake of viewer convenience, the content is shown below in the alternative language. You may click the link to switch the active language.

Talış fəalları bloger Orduxan Bəbirovun Talış-Muğan Respublikasının prezidenti Ələkrəm Hümmətova ünvanladığı təhqirə cavab vermişlər.

 

Belə ki, Talış Milli Hərəkatının fəalı Saday Nəciyev Orduxana bildirmişdir ki, Prezident Ələkrəm Hümmətovu təhqir etdiyinə görə talışlar onu cəzalandıracaqlar. Həmçinin Saday Nəciyev talışları onun arxasınca getməməyə çağırıb.

 

Talış şairi Zabil Məhərrəmov Orduxanı «küçə uşağı» adlandıraraq bildirib: «Ələkrəm Hümmətov öz sinəsini sipər edib, talış balalarını müsəlləf edib sənin torpağını qoruyanda, sən sovet ordu sıralarında hərbi təlimi keçmiş 23 yaşlı gənc Rusiyada alver edirdin. Sən Ələkrəmi namussuz adlandırırsan, amma əsl namussuz sən özünsən!». Və tələb edib ki, Ağsaqqaldan, həmçinin bütövlükdə talış xalqından üzr istəsin.

 

Xatırladaq ki, 2019-cu il yanvarın 6-da Niderland Krallığının Den Haaqa şəhərində təşkil olunmuş Mehman Hüseynova dəstək aksiyasına Talış-Muğan Respublikasının prezidenti Ələkrəm Hümmətov da öz cangüdəni ilə gəlmişdir. Amma bu, Orduxan Bəbirovun xoşuna gəlməmişdir. O, Ağsaqqalı o qədər təhqir etmişdir ki, Hümmətov oranı tərk etmək məcburiyyətində qalmışdır. Qeyd edək ki, bu barədə Orduxan Bəbirov özü bütün təfsilatı ilə canlı efirdə danışmış və bu fakt talış ictimaiyyəti tərəfindən hiddətlə qarşılanmışdır.

Последние записи

Facebook Comments