Bilirsinizmi indiki zəmanədə hamının güclü marağına səbəb olan gözəllik ilahəsi konkursu, hələ XX əsrdə bizim yerlərdə çox populyar idi.
Arxivdə tapılan məlumatlara görə,bu konkurslarda həm də Lənkəranlı xanımlar çox uğurla iştirak etmişlər. Əskər xan Talışinskinin qızı Tuğra xanım 1912-ci ildə Tiflisdə keçən konkursda Cənubi Rusiyasının gözəllik ilahəsi adına layiq görülmüşdür və Qafqazın Gözəli adını qazanmışdır. Daha sonra ümumirusiya konkursunda o Rusiya gözəllik ilahəsi adına layiq görülmüşdür.
Həmən adlara və eləcə bir az da yüksək adlara, Talışstandan daha bir gözəl layiq görülmüşdür — bu xanım lənkəranlı şəhər başçısı Nağı bəyin qızı və Rusiya ordusunun əfsanəvi artileriya generalı Səməd bəyin qardaşı qızı Sona xanım Mehmandarova olmuşdur.
Və nəhayət — Paris — Lənkəranlı gözəl burada da bütün konkurs iştirakçılarını kölgədə saxlamışdır. Heç bir əlavə etmədən demək olar ki, Sona xanım Parisi fəth etmişdir. Fransa qəzetləri talış xanımının şəkilini qəzetin üz səhifələrində, konkursun baş prizi olan Qran-Pri və zümrüdlü tacı ilə çap etmişdilər.