(Azərbaycan dili) Talışlar kimdir? - Fenix.press
(Azərbaycan dili) Talışlar kimdir?

(Azərbaycan dili) Talışlar kimdir?

Извините, этот техт доступен только в “Азербайджанский”. For the sake of viewer convenience, the content is shown below in the alternative language. You may click the link to switch the active language.

Bizim tarixi yarım əsrdir ki gizlədirlər. İndi aydınlıqdır. Özümüzdən başqa heç kim bizə tariximizi deməz. Əgər indi də bu işə əlac etməsək bizim övladlar öz tarixini bilmiyəcəklər. Belə adamlara manqurt deyirlər. Öz yaddaşını bilməyənlər. Tarix bizim yaddaşımızdı. Əgər öz tariximizi bilməsək demək doğurdan da manqurtuq.

Talışlar dünyanın qədim xalqlarındandır. Onlar Hirkan (Kaspi) dənizinin cənub-qərb torpaqlarında yaşayan aborigen tayfadır. Bu xalqın etnogenezi (yaranması) bəşər tarixinin qədib təbəqələrinə gedib çıxır. Talışların əmələ gəlməsində çox xalqların iştirakı olub. Həmin tayfalar: kaspilər. Kaduslar. Qellər. Deyləmlər. Darayeton. Mardlar. Tapurlar və başqa tayfalardır ki, onların haqqında miladdan əvvəl Heradot, Strabon məlumat vermişdir.

Talış adının əmələ gəlməsi haqqında fikirlər müxtəlifdir. Biz hələ qəti bir qərara gəlməmişik. Onu da demək yerinə düşər ki, bəzi pantürklər talışların mənşəsi barədə yaman baş sındırırlar. Amma heç bir elmi əsasları yoxdur.

Hələ Assuriya Aşurbanipal (miladdan əvvəl 722-705) kitabların birində Hirkan ətrafı tayfalar haqqında söhbət açır. Orda Talusina adı tutulur. Amma bu ad bizə əsas vermir ki onu talış adı ilə bağlayaq. Orta əsr tarix yazaları da talış adı haqqında məlumatlar var. Bu haqda ilk məlumat IX əsrə aiddir. Bu dövür tarix alimləri talışın adını Teyləson yazardılar. Onlardan biri də İbd Xorrdadbehdir (820-913) Teyləsan sözünün bir ərəb mənşəsi də odur ki, oda sufi cərəyanının başına qoduqları çalmanın adıdır. Talış torpağı sufi cərəyanının əsas mərkəzlərinən biri idi. Yəqin ki talışlarda bu təriqətin tərəfkeşləri başlarına teyləsan qoyublar. Sonrakı illərdə “Teyləson” sözü toloş formasını alıb.

Iranın məhşur alimlərindən olan Kəsrəvi talışları kadusilər hesab edirdi

 

Miladdan vəvvəl IV əsrdə yaşamış Herodot yazır ki İran şahı Keyxosrov Dərik,yəni indiki Derığ vilayətini öz sərkərdəsi Vspidaspa hədiyyə etmişdir. (Vspidasp – ağ atın sahibi mənasını verir).
“Avesta” İran dilli xalqların ən qədim və fəxarətli abidələrindən biridir. Orda təsvir edilmiş misallar onu göstərir ki, Derığ və Zuvand mahalları talışın ən qədim məkanlarıdır. Həm də bəşəriyyətin gəldiyi yerdir. Çox təəssüf ki, bu mahallarda indi heç bir arxeoloji qazıntılar aparılmayıb. (J. Morqandan başqa)
Hətta orda yerin üstündə olan qoç şəkilində yonulmuş heykəllər məhf edilib. Bu cür münasibət bizim xalqa böyük zərbə vurur.

Iranın başqa alimi Ərdəşir Bərzikari yazır.» Kaduslar Lahıcandan Kürün mənsəbinə qədər ərazilərdə məskən salmışlar. Kaspilər Kadusların bir qolu olub. İndiki talışlar onların varisləridirlər».
Kadusların bizim babalarımız olması elmlə sübut olunub. Dünya alimləri çoxdandır ki bunu qəbul ediblər. Kaduslar qədim şərq tarixində böyük xidmətləri olmuşdur. İndiki Azərbaycan Respublikası ərazisində olmuş dövlətlərdən biridir.

 

Qardamon dövləti olub. Bu dövlətin təməlini Mehri qoyub. O Sasani padşahından incimişdi. O xeyli miqdan Kadusi ailə ilə birlikdə Albaniyaya çəkilmişdir. Albanların dini – xristianlığı qəbil etmişdir. Çox güman onların yaratdıqları dövlətin adı Qardəmon sözü talış dilindədir. Mənası da atəşpərəslikdən xristianlığa keçmək, dönmək deməkdir.

Lənkəranda Qırdəni adında kənd vardır. Kim bilir bəlkə bu kənd Qardəmon dövləti ilə əlaqəsi var. Qısası bunlar tarixin tədqiq olunmayan səhifələridir.Öz tədqiqlərini gözləyirlər.
Halı ilə bizim respublikamızın qədim Qırdman dövlətinin əhatə etdiyi ərazidə çoxlu talış dilli toponimlər vardır. Bu da bizim gümanlarımızın həqiqət olduğuna sübutdur.

Bizim xalqın fəxr ediləsi səhifələrindən biridə Babəklə bağlıdır. Babəki talışlardan ayırmaq cəhətləri əsasızdır. Dünyanın bütün obyektiv, allahtərəfi olan tarixçiləri Babəki talış hesab edirlər. Bütün kitablar bu haqda yazırlar. Son illər Azərbaycan Respublikasının türkpərəst alimlərinin təşəbbüsü ilə Babəkin tarixinin saxtalaşdırmaq cəhdləri olub.

Talış xalqının qədim dövlətlərindən biri də Midiyadır. Qədim farslar o dözürdə ona Devləti Məda deyərdilər. Güman ki, Midiya sözü yunanlar tərəfindən qoyulub. İran tayfaları ona Məda deyərdilər. İndi Masallının Mədo kəndində bir dövlətin məskənləri indidə qalıb. Hışkədə muzeyində olan tarixi eksponatlar buna şahiddir. İndiyə kimi bu barədə heç bir tədqiqar aparılmayıb. Ümümd edirəm talışın qeyrətli oğulları gələcək illərdə bu məsələləri tədqid edərlər.

Talış tarixi çox zəngindir. Amma o yazılmayıb. Talışın ağıllı övladları çoxdur. Biz gərək öz tariximizi özümüz yazaq. Bizim gücümüz özünü dərkdədir. Özümüzü dərk etsək çox işləri görə bilərik.

Zahirəddin İbrahimi

Последние записи

Facebook Comments