(Azərbaycan dili) Azərbaycan bayraqı haqqında yeni açıqlamalar - Fenix.press
(Azərbaycan dili) Azərbaycan bayraqı haqqında yeni açıqlamalar

(Azərbaycan dili) Azərbaycan bayraqı haqqında yeni açıqlamalar

Извините, этот техт доступен только в “Азербайджанский”. For the sake of viewer convenience, the content is shown below in the alternative language. You may click the link to switch the active language.

Bu yaxınlarda növbəti dəfə Azərbaycanda bayraq günü qeyd olundu. Və bu bayraqla bağlı biz çoxdandır ki bir neçə söz demək istəyirik. Belə qərara gəldik ki Azərbaycanda yaşayan talışları və digər qeyri-türk millətlərin nümayəndələrinə başa salaq ki  bu bayraq onları qəbul etmir, çünki orda türkçülüyü ifadə edən rəmz var, amma digər xalqların rəmzi yoxdur. Əgər bu bayraq Azərbaycanda yaşayan talışları və digər xalqları qəbul etmirsə niyə biz bu bayrağı qəbul edək? Bu bayraqda ayrıseçkilik, separatçılıq, millətçilik və şovinizm rəmzləri ilə bərabər İslam dininə də fikrimcə hörmətsizlik ifadə olunub. Belə ki Azərbaycan bayrağı bir dövlətin bayrağıdır ki o dövlətdə pantürkçülük hökm sürür. Bəli kiməsə bu bayraq əzizdir. Bu bayrağı özünə əziz bilən türk qardaşlarımıza nə deyə bilərik ki? Biz onların bu hüququnu tanıyırıq və yenə təkrar edirik ki bu bayraq ancaq Azərbaycanda yaşayan türklərin bayrağıdır, yəni talışlara və başqa millətlərə yeç bir aidiyatı yoxdur. Bununla belə nə olursa-olsun biz yenədə  başqa millətin bayrağına sayğı göstəririk. Biz heç kəsin hisslərinə toxunmaq istəmirik və sadəcə faktları deyirik.-Fikirlərimizi izah edək…

“Azərbaycan bayrağı talışların bayrağı deyil” tezisini pantürkçü təfəkkürdə olanlar, elə türkçülükülə məşqul olanlar özləri də etiraf edir. Onlar hər yerdə deyir və yazır ki Azərbaycan bayrağı türkün bayrağıdır. Biz sağlam düşüncəli Azərbaycan vətəndaşlarına və dindarlarına sual veririk.

Siz indiyədək düşünmüsünüz ki Azərbaycanda türklərdən başqa millətlər də yaşayır? Azərbaycan bayrağı bu ölkədə yaşayan bütün xalqları niyə ehtiva etmir? Fikirləşmirsiz ki bu ədalətsizlikdir? Məsələn, heç olmasa millətçiliyə qarşı olan dindarı narahat etmir ki onun ölkəsində yaşayan digər millətlərə qarşı ədalətsizlik olur? Biz axı türklə düşmənçilik etmirik, biz eyni hüquqlu münasibət tələb edirik. Azərbaycan bayrağında ya ölkədə yaşayan bütün millətlərin rəmzi olmalıdır, ya da heç birinin, və rənglər ümumi mənada olmalıdır. Amma Azərbaycan bayrağında göy rənglə ancaq türklər göstərilib və türkçülük ifadə edilir. Ona görə biz deyirik ki bu bayraq ancaq Azərbaycan türklərinə aiddir və bu tezizi türkçülər də təstiq edir. Azərbaycanda bu haqda sənədli filmlər də çəkilib. Bu bayrağın Azəraycanda yaşayan talışa, ləzgiyə, tata, avara, saxura, kürdə, ərəbə və s. millətlərə aidiyyəti yoxdur. Yalan demədik ki? İndi keçək Azərbaycan bayrağının tarixinə. Burda biz Azərbaycanın tarix elmləri doktoru Nəsiman Yaqublunun “Üç rəngli bayrağımızın mənası” adlı məqaləsinə istinad edirik.

Tarixdən bəllidir ki ilk Azərbaycan bayrağı 1918-ci ildə 21 iyunda qəbul oluinmuşdu. M.Ə.Rəsulzadənin əsaslandırdığı Xalq Cümhuriyyəti 1918-ci ildə mayın 28-də yarandıqdan sonra onun əsas rəmzi olan bayraq haqqında  həmin ilin iyun ayının 21-də hökumətin qərarı verildi. Həmin qərardan:

Üstündə qırmızı fonda ağ səkkizguşəli ulduz və aypara təsviri olan qumaş Azərbaycanın bayrağı kimi təsdiq edilsin”.

Həmin dövrdə Azərbaycan bayrağı Osmanlı Türkiyəsinin bayrağı ilə eynilik təşkil edirdi. Fərq yalnız onda idi ki, Osmanlı Türkiyəsinin bayrağındakı hilal ayın qarşısındakı ulduz beş guşədən, Azərbaycan Cümhuriyyətinin bayrağında isə səkkiz guşədən ibarət idi. Azərbaycanın tarix elməli doktoru Nəsiman Yaqublu yazır ki bayrağın bu şəkildə olması da bir çox səbəblərlə izah edilir. Hesab edilirdi ki azərbaycanlılar türk xalqı olaraq böyük bir mədəniyyət sisteminə əsaslandıqlarını sübut edirdilər. Eyni zamanda, Gəncəyə gəlmiş Qafqaz İslam Ordusunun komandiri Nuru Paşanın ətrafındakı “ilhaqçı”lar qrupu da

“biz müstəqil dövlət yox, məhz Türkiyəyə birləşmək istəyirik” –

deyərək, ciddi təbliğat aparırdı. Hətta o zaman Nuru Paşanın təkidi ilə Milli Şura fəaliyyətini dayandırmış, Tiflisdə yaradılan 1-ci Hökumət Kabinəsi buraxılmış, Gəncədə Nuru Paşanın istəyincə 2-ci hökumət kabinəsi formalaşmışdı. Qırmızı rəngli bayrağımız haqqında olan qərar da məhz həmin gərgin məqamlarda – ikinci hökumət kabinəsi formalaşandan  dörd gün sonra verilmişdi”.

Yəni gördüyünüz kimi Azərbaycan faktiki olaraq Osmanlının müstəmləkəsinə çevrilmişdir.

1918-ci ilin noyabrında Mudros müqaviləsi şərtlərinə uyğun olaraq, Osmanlı Türkiyəsi öz qoşunlarını Azərbaycandan çəkmək məcburiyyətində qaldı. İngilislərin ümumi nəzarətinə verilmiş Bakıya gələn general Tomson hələ Ənzəlidə olarkən

“Mən Türkiyə intriqası ilə yaradılan bir dövlət tanımıram”

deyərək, Azərbaycan istiqlalını şübhə altına almışdı. Belə bir vəziyyətdə ingilisləri və general Tomsonu Türkiyənin bayrağının oxşarı olan bir bayraqla qarşılamağa  artıq səbəb qalmamışdı. Odur ki, 1918-ci ilin noyabrın 9-da qırmızı rəngli bayrağın yerinə üçrəngli bayrağın yaradılması haqqında M. Ə. Rəsulzadənin və onun başçılıq etdiyi Azərbaycan Milli Şurasının təklifi ilə qərar qəbul edildi. Bayraqdakı rənglərin təsviri və düzülüşü isə M. Ə. Rəsulzadənin “Açıq söz” qəzetindəki məqaləsindən götürüldü.

1918-ci ilin noyabrın 9-da ingilislərin təkidi ilə üçrəngli dövlət bayrağı haqqında qərar qəbul edildi: “Milli bayraq haqqında Azərbaycan hökuməti qərarları dəftərindən 9 noyabr 1918-ci il tarixli çıxarışdan:

“Eşidildi: Nazirlər Şurası Sədrinin Milli bayraq haqqında məruzəsi. Qərara alındı: Yaşıl, qırmızı və mavi rənglərdən, ağ aypara və səkkizbucaq ulduzdan ibarət olan bayraq Milli bayraq hesab edilsin”.

Bax belə…

Azərbaycan bayrağındakı göy rəng — türkçülüyü, qırmızı rəng– müasirliyi, yaşıl rəng– islam ideologiyasını ifadə edir. Yəni beləliklə Azərbaycan hakimiyyəti tezliklə və rahatlıqla bayrağını dəyişdi ki ingiləslərin xoşuna gəlsin. Əslində bu alçaldıcı bir hadisədir.

Həmdə çıxarişa fikir versəz, görərsiniz ki rənglərin ardıcıllığı belədir: əvvəlcə yaşıl, sonra qırmızı, sonra göy. Yaşıl rəng (İslam rəmzi) üstdə olmalı idi. Lakin bu ardıcıllığa fikir verilmədi bu bayraq qəbul oдгтmadı və İslam rəmzi lap aşağı düşdü.Bəzi məlumtalra görə də bu bayrağı  tərsinə çevirtdirən elə inglis generalı Tomson olub ki, bununla Azərbaycan rəhbərliyini və cumhuriyyətini alçaldmaq istəyib.

Ümumiyyətlə bu üçlük şüarının banisi türk dünyasının mütəfəkkiri, pantürkçü, Rusiya və Türkiyə universitetlərində təhsil almış  əslən Azərbaycandan olan Əli bəy Hüseynzadədir. 1907-ci ilin iyul ayının 10-da Bakıda özünün nəşr etdiyi “Füyuzat” (xeyir,fayda mənasındadır) jurnalındakı bir məqaləsində

“Türk hissiyyatlı, islam etiqadlı, firəng qafalı”

kimi ilk dəfə təqdim etdiyi bu fikri sonradan pantürkçü mütəfəkkir Ziya Göyalp belə ifadə etmişdi:

Türk qanlı, islam imanlı, Avropa mədəniyyətli”.

Amma Məmməd Əmin Rəsulzadə klassik şüardan fərqli olaraq, islamçılığı ikinci yerdən üçüncü yerə, müasirliyi isə üçüncü yerdən ikinci yerə keçirib. O yazır:

“Demək ki, sağlam, mətin və oyanıq məfkurəli bir milliyyət vücuduna çalışmaq istərsək ki, zaman bunu tələb edir – mütləqa 3 əsasa sarılmalıyız: Türkləşmək, müasirləşmək və islamlaşmaq”

(“Açıq söz”, N 1, 2 oktyabr 1915-ci il).Rənglərə gələndə bir mühüm məsələyə də diqqətinizi cəlb ediək.

Fikir versək görərik ki bu pantürkçü mütəfəkirlər rəglər barəsində heçnə yazmayıblar. Və ilk olaraq da Azərbaycan bayrağı qırmızı rəngdə idi. Bəs bu rənglər hardan gəldi? Qeyd edildiyi ki bu üç rəngli bayraq ingilislərin təkidi ilə qəbul olundu. Bu tarixi faktdır. Heçkəs də bunu danmır. Bu rənglər isə Böyük Britaniyanın bəzi müstəmləkə ölkələrinin bayraqlarında var artıq var idi. Məsələn Britaniyanın müstəmləkəsi olan Haran dövlətinin bayrağı eyni Azərbaycan bayrağının rənglərində idi və daha öncə qəbul edilmişdir. Bir fərqlə ki aypara ulduz üstdədir. Rənglər də eyni Azərbaycan bayrağındakı kimi sıralanırdı. Bundan başqa Makran dövlətinin bayrağında da eyni Azərbaycan bayrağında olan rənglər idi, sadəcə yaşıl rəng üstdə idi.

Deməli, Azərbaycanın indiki bayrağı ingilislərin əmri ilə qəbul olunub, rənglər də Britaniyanın müstəmləkə ölkələrinin bayraqlarından götürülüb, çünki Azərbaycan da artıq ingilislərin müstəmləkəsinə çevrilmişdi. Şüarları isə rənglərə uyğunlaşdırdılar və göy rəngi də türkçülüyü nəzərdə tutur. Deməli bu sırf Azərbaycan türklərinin bayrağıdır və İslam rəmzi olan yaşıl rəng bayraqda ən aşağı yerdədi. Azərbaycan bayrağında qırmızı rəngin üzərində ortada aypara və səkkizguşəli ulduzun təsviri də verilib. Maraqlıdır ki, aypara da əslində İslam rəmzi olmayıb. Aypara bir vaxtlar Bizans imperiyasının paytaxtı Konstontinopolun gerbi olmuşdu.

Türklər 1453-cü il­də Konstantinopolu aldıqdan sonra həmin gerb Osmanlı imperiyası tərəfindən islam dininin bir rəmzi kimi qəbul edilmiş və həmin dində olan başqa xalqlara keçmişdir. Halbuki ona qədər aypara rəmz kimi İslam dinində olmayıb. Səkkiz güşəli ulduzun da müxtəlif izahları var. Məsələn bir izaha görə o ulduz “Azərbaycan”, və yaxud “Odlar yurdu” sözünü işarələyir. Digər izaha görə də səkkiz güşəli ulduz səkkiz türk xalqına işarədir.

Düzdür etiraz edə bilərlər ki bu rənglərin ingilislərə bağlamaq düz deyil. Nəisə…Tutalım ki bu bir ehtimaldır. Amma fakt odur ki bayrağı inglislərin tələbi ilə dəyişiblər. Bundan başqa, bu bayraqda talışların, ləzgilərin, tatların, kürdlərin, avarların, saxurların və s. Azərbaycanda yaşayan millətlərin rəmzi bəs hanı? Belə çıxır ki separatçılıq elə Azərbaycan bayrağının özündə var ki türklər bir ali millət kimi ayrılır və üstün tutulur, başqa millətlərin isə heç bir rəmzə haqqı yoxdur. Bu bayraq qəbul ediləndə də talışlardan soruşulmamışdı. Heç Azərbaycan xalqından soruşulmamışdı.

Burda onu da qeyd edək ki 1918-1919-cu illərdə Muğan Respublikası və Sovet Muğan Respublikası rusların və talışların təşəbbüsü ilə yaradılmışdır. Azərbaycan Cumhuriyyətinin separatçı hakimiyətindən fərqli olaraq Muğan Sovet Respublikası geriyə Rusiya Federasiyasının tərkibinə qayıtmaq fikrində idi. Bəli Azərbaycan Cumhuriyyəti separatçılıq nəticəsində yaranıb, çünki Rusiyadan ayrılıb. Və Rusiya dövləti elə bu fikirdə idi. Nədir? Xoşunuza gəlmir belə yanaşma? Yoxsa siz ayrılanda milli azadlıq uğrunda mübarizə olur, biz talışlar isə muxtar respublika quranda, və yaxud müstəqil dövlətçilik istəyəndə separatçılıq olur? Nədir bu ikili standartlar? Muğan Sovet Respublikası Azərbaycanın o vaxtki hakimiyyətndən fərqli olaraq separatçılıq etmirdi və geriyə Rusiya Federasiyasının tərkibinə qayıtmaq istəyirdi. Nəisə… Pantürkçü və separatçı Azərbaycan hakimiyyəti türk zabitlərinin köməyi ilə Muğan Sovet Respublikasını dağıdır və ruslarla talışların haqlarını tapdalayır. Sonra isə ancaq türkçülük rəmzi olan bayrağını talışlara sırayır.

1993-cü ildə isə Talış-Muğan Muxtar Respublikası yarananda talışlar öz milli bayraqlarını qəbul edirlər. Və o bayraqda heç bir milləşşi, şovinist rəmzlər yer almır. Talışların öz bayrağı var. Və bu bayraqda həm ümumbəşər həm də dini rəmzlər var. Talış bayrağında dediyim kimi heç bir milli ayrı seçkilik yoxdur. Talış bayrağındakı qırmızı rəng – azadlıq uğrunda mübarizəni və şəhidlərin qanını, ağ rəng – paklığı və sülhü, yaşıl rəng – İslam ideologiyasını və məhsuldarlığı, bərəkəti ifadə edir. Rənglər yanaşı vertikal şəkildə durur. Ortada olan 12 şüalı günəş isə 12 İmamım (ə) və Peyğəmdərin (s) rəmzidir. Günəşin altında su dalğaları ilə “Allah” yazılıb, Xanim Zəhraya (sa) aid olan Kövsər bulağını və Kaspi dənizini ifadə edir. Talış bayrağı elədir ki tək dinlə bağlı deyil. Məsələn 12 şüalı günəş həmdə mükəmməllik, işıqlılıq, qalxan günəş, dirçəliş, inkişaf və daim hərəkəti ifadə edir. Talışlar universal bir bayraq qəbul ediblər və hamını nəzərə alıblar. Mən qeyd etdiyim dinə aid olan ifadələrdir. Orda qeyri dindar da ümumi bəşər rəmzlərini görə bilər. Bununla belə orda heç bir millətçi rəmzi yoxdur. Məsələn talışçılıq yoxdur. Çünki Talış torpaqlarında qeyri talışlarda yaşayır. Sadəcə bu rənglər irandilli xaqlarda lap qədimdən var, bu rənglərin 2600 il tarixi var.

Sonda demək istəyirəm ki bu bayraq Azərbaycan üçün çox uğursuz bayraq oldu. Birinci unatcverici məsələ budur ki Azərbaycanın indiki bayrağı ingilislərin əmri ilə qəbul olunub. Bu müstəmləkə bayrağıdır. İkincisi budur ki Azərbaycan bu bayraq altında iddia etdiyi torpaqlarını və müstəqilliyni itirə-itirə gedir. 20-ci əsrin əvvəlində necə itirirdisə indi də elə. Elə indidə müstəqil deyil. Böyük ölkələrin əlaltısı olan bir ölkədir və müstəmləkədir. Bir ailənin, klanın əlində oyuncaqdır, şəxsi şirkətdir. Sadəcə biraz müstəmləkəliyin forması dəyişib. Elə həmin bu bayraq altında da Məmməd Əmin Rəsulzadənin xeyir duası ilə on minlərlə azərbaycanlı gedib Faşist Almaniyasının ordusunda “Azərbaycan legonunda”, Hitlerə xidmət edib. Elə bilirdilər ki faşistlərin əli ilə müstəqilliyə qovuşacaqlar. Bu söz Ələkrəm Hümmətovun Ermənistana sülhməramlı səfərinə “xayanət” deyənlərən qulağına sırğa olsun. Sizin Məmməd Əmin Rəsulzadəniz bəşər düşməninin yanında, on milyonlarla insanın həytına son qoymuşAdolf Hitlerin yanında sığınacaq alımışdır və onun köməyi ilə müstəqilliyə nail olmaq istəyirdi.

Nəisə söhbətimizi yekunlaşdırıram. Amma axırda əziz talış millətimə bir neçə sual vermək istərdim. Azərbaycan bayrağı talışı qəbul etmirsə, talış o bayrağı niyə qəbul edib qaldırmalıdır və onun üçün qan tökməlidir? Burda bir məntiq varmı? Azərbaycan dövləti öz bayrağında talışı bir millət kimi görmürsə biz nəyə görə bu dövləti qəbul etməliyik? Azərbaycan dövləti bu yanaşma ilə özü ayrıseçkiliyin, şovinizmin, millətçiliyin, separatçılığın kökünü qoyubsa bizə niyə separatçı deyir?

Fikirləşin bu barədə əziz talışlar, ləzgilər, tatlar, kürdlər, avarlar, saxurlar və başqaları… Azərbaycan isə öz bayrağını dəyişsə yaxşı olar, çünki separatçılıq və bölücülük o bayrağın ruhiyyəsindədir. Azərbaycan xalqlarının birliyini istəyən dövlət belə separatçılıq etməz, türkləri başqalarından üstün tutub ayırmaz, elə bayraq qəbul edər ki hamını nəzərə alınsın. Sağolun!

OTV

Последние записи

Facebook Comments