(Azərbaycan dili) Ana dili uğrunda Şəhid - Professor Novruzəli Məmmədovun doğum günüdür - Fenix.press
(Azərbaycan dili) Ana dili uğrunda Şəhid — Professor Novruzəli Məmmədovun doğum günüdür

(Azərbaycan dili) Ana dili uğrunda Şəhid — Professor Novruzəli Məmmədovun doğum günüdür

Извините, этот техт доступен только в “Азербайджанский”. For the sake of viewer convenience, the content is shown below in the alternative language. You may click the link to switch the active language.

Bu gün ana dili uğrunda şəhid olmuş, Respublika Talış Mədəniyyət Mərkəzinin sədri, «Tolışi Sədo» qəzetinin baş redaktoru professor Novruzəli Məmmədovun doğum günüdür

 

Yaşasaydı 77  yaşı tamam olardı.

 

02 fevral 2007-ci il tarixdə Novruzəli Məmmədov səbəbi izah edilmədən Milli Təhlükəsizlik Nazirliyinə (MTN) aparıldı və orada heç bir protokol tərtib edilmədən bir gün saxlanılaraq, 2004-cü ildə İranda keçirilmiş elmi konfrans barəsində sorğular edildi, ac-susuz saxlanıldı, döyüldü. O, sağ əlinin üstündən və sol çiyin nahiyəsindən xəsarətlər aldı.

 

Novruzəli Məmmədov 03 fevral 2007-ci il tarixdə, saat 16 radələrində MTN-nin əməkdaşlarının maşınında Elmlər Akademiyasının qarşısına gətirildi, və dərhal da polis tərəfindən tutularaq barəsində protokol tərtib edildi. Yasamal rayon məhkəməsi onun barəsində 15 günlük inzibati həbs qərarı çıxardı. Halbuki 65 yaşı tamam olmuş kişilər barəsində inzibati həbs cəzası təyin etmək İnzibati Xətalar məcəlləsinin 30-cu maddəsinin tələbləri ilə qadağan olunur. N.Məmmədov dərhal da MTN-nin əməkdaşlarına təhvil verildi.

 

17 fevral 2007-ci il tarixdə Novruzəli Məmmədova Azərbaycan Respublikası (AR) CM-nin casusluq formasında dövlətə xəyanət ittihamı elan olundu. İstintaq müddəti ərzində Novruzəli Məmmədova elan olunmuş casusluq ittihamı özünün təsdiqini tapmadı.

 

8 aylıq həbsdə saxlama müddətini əsaslandırmaq üçün 27 sentyabr 2007-ci il tarixdə ona dövlətə xəyanətin xarici dövlətin xeyrinə düşmənçilik fəaliyyəti göstərməkdə kömək etmə formasında yeni məzmunda ittiham elan olundu. Aşağıda göstərilən ittiham tezislərinə əsasən, heç bir yoxlama aparmadan istintaq orqanı ittiham aktı tərtib etmiş, məhkəmə isə onu hökmə köçürməklə işini bitmiş hesab etdi.

Последние записи

Facebook Comments