(Azərbaycan dili) Azərbaycan sakini etiraz əlaməti olaraq evinin darvazasını talış bayrağının rəngləri ilə boyamışdır - Fenix.press
(Azərbaycan dili) Azərbaycan sakini etiraz əlaməti olaraq evinin darvazasını talış bayrağının rəngləri ilə boyamışdır

(Azərbaycan dili) Azərbaycan sakini etiraz əlaməti olaraq evinin darvazasını talış bayrağının rəngləri ilə boyamışdır

Извините, этот техт доступен только в “Азербайджанский”. For the sake of viewer convenience, the content is shown below in the alternative language. You may click the link to switch the active language.

Lənkəran rayonunun sakini Azərbaycanda talış simvollarının qadağasına etiraz əlaməti olaraq evinin darvazasını üç rəngli talış bayrağının rəngləri ilə boyamışdır.

 

Lənkəran rayonu Boladi kəndin sakini Fətail Bağırov Azərbaycanda talış bayrağına qadağa əlaməti olaraq, həyətinin darvazasını üç rəngli talış bayrağının rəngləri ilə boyamışdır. Darvazanın şəkili sosial şəbəkələrdə sürətlə yayımağa başlamış və güclü müzakirələrə səbəb olmuşdur.

 

Müzakirələr əsnasında kəndin sakini həyətinin darvazasını bilərəkdən talış bayrağının rəngləri ilə boyadığını bildirmişdir. O bu hərəkəti ilə talış xalqının öz doğma simvollarından istifadə etmək haqqlarından necə mərhum edilməsi probleminə nəzərləri yönəltmək istədiyini deyib

 

«Bu işlə əlaqədar mənim evimə polislər gəldilər, mən onları uzaqlara yolladım” – deyə sakinin sözünü sosial şəbəkə istifadəçisi Seyfəddin Talışstani paylaşıb.

 

Xatırladaq ki, Azərbaycan höküməti talış milli simvollarının sərgiləməsindən qorxaqcasına ehtiyat edirlər. Necə ki, 2018-ci ilin oktyabrın 12-də Bakı hava limanında Azırbaycan DİN əmakdaşları tərəfindən döyülmüş və sonra 30 gün həbs cəzası verilmiş talış fəalı Mirismayıl Mirismayılovla bağlı hadisə olaylanmışdır. Talış fəalı Sankt-Peterburq şəhərində avtoyürüş zamanı talış bayrağının önündə şəkil çəkdiyinə və sonra onu internet məkanında yerləşdiyinə görə günahkar bilmişlər.

Последние записи

Facebook Comments