(Русский язык) Jurnalist Şahin Hacıyev Yerevandan qayıtdı: “Səfərim həm Ermənistanda, həm də Azərbaycanda hay-küy yaratdı” - Fenix.press
(Русский язык) Jurnalist Şahin Hacıyev Yerevandan qayıtdı: “Səfərim həm Ermənistanda, həm də Azərbaycanda hay-küy yaratdı”

(Русский язык) Jurnalist Şahin Hacıyev Yerevandan qayıtdı: “Səfərim həm Ermənistanda, həm də Azərbaycanda hay-küy yaratdı”

404 not found For the sake of viewer convenience, the content is shown below in the alternative language. You may click the link to switch the active language.

“Yerevana səfərim həm Ermənistanda, həm də Azərbaycanda çox hay-küy yaratdı.

 

Hər iki tərəfdən müxtəlif versiyalar irəli sürülür və hökmlər çıxarılır (kimin barəsində olduğu tam aydın deyil). Hər iki ölkədə KİV-lər baş verənlərin mahiyyətini anlamadan sanki hadisəni işıqlandırmaq, qiymətləndirmək və öz qərarını vermək yarışına giriblər. Məsələn, Ermənistandakı saytlardan biri məlumat yayıb ki, Turan Ermənistan XİN-in razılığı ilə bu ölkədə işə başlayıb (bu o demək olur ki, nümayəndəlik açıb!).

 

Digər KİV-lər daha az orijinallıq göstəriblər, ancaq “kiçik təxribat”a yol verərək 1915-ci il qurbanlarının memorialının ziyarət olunduğunu bildiriblər”, – bu gün Ermənistana xidməti ezamiyyətdən qayıtmış “Turan” informasiya agentliyinin redaktoru Şahin Hacıyev yazır. Qeyd edək ki, 2005-ci ildən sonra bu, azərbaycanlı jurnalistin Yerevana ilk səfəridir.

 

Sonuncu dəfə reportyor missiyası ilə Ermənistanda jurnalist, hazırda haqqin.az və virtualaz.org portallarının rəhbəri Eynulla Fətullayev olub. E.Fətullayevin səfər qeydləri “Realnı Azərbaycan” qəzetində dərc edilmiş “Qarabağ gündəliyi” reportajına daxil olmuşdu. Reportajdan iki il sonra jurnalist reportyor işinə görə ittiham edilmiş və həbs olunmuşdu. Dörd il sonra isə Avropa məhkəməsi jurnalistə tam bəraət verərək, hakimiyyəti ifadə azadlığı hüququndan istifadə etmiş E.Fətullayevin izlənilməsində ittiham etmişdi.

 

Bundan sonra heç bir azərbaycanlı jurnalist nəinki Qarabağa, həmçinin də Ermənistana səfərə cürət etmədi. Məhz buna görə, Ş.Hacıyevin gözlənilməz səfəri bizim diqqətimizi cəlb etdi və ictimai fikirdə böyük ajiotaj doğurdu.

 

Özünün bugünkü məqaləsində həmin fikri Ş.Hacıyev özü də böüşür. Jurnalist belə bir nəticəyə gəlib: “Əsl tamaşa sosial şəbəkələrdə yaranıb”.

 

Ş.Hacıyev özünün çətin missiyasının əsl səbəblərindən yazıb:

 

“Jurnalistlərin Ermənistana səfəri ideyası bir il öncə irəli sürülmüşdü. Bir neçə ay Azərbaycanın dövlət orqanları ilə iş aparıldı. Ermənistan XİN ilə danışıqlara da o qədər vaxt getdi. Səfər ötən ilin noyabrında olmalıydı, ancaq ölkədə keçiriləcək parlament seçkiləri ilə əlaqədar təxirə salındı.

 

“Bu, niyə lazımdır?” sualının cavabı sadədir, eyni zamanda da mürəkkəb.

 

Hərbi münaqişədə olduğumuz ölkə cəmiyyətindəki əhval-ruhiyyəni başa düşməyin nə qədər vacib olduğunu izah etmək lazım deyil. Bəlkə də əsas məqsəd bu idi. Bunu necə etməli?

 

Ermənistan və ermənilər üçün müəyyən əhəmiyyət daşıyan bəzi məsələlər var: 1915-ci il hadisələri, erməni kilsəsinin siyasi rolu və Qarabağ.

 

Diqqət mərkəzində olan üç məsələ budur.

 

Ermənistanda KİV-də bu mövzuda yazıların dərcini və Bakıda bunlara ağrılı reaksiyanı nəzərə alaraq 1915-ci il mövzusundan başlayacam.

 

Ermənistan XİN-dən akkreditasiya alındıqdan sonra 1915-ci il hadisələri ilə bağlı müsahibə verməsi xahişilə memorialın direktoru Arutyun Marutyana müraciət göndərildi.

 

A.Marutyan muzeyə dəvət etdi, ancaq müsahibədən imtina etdi, bildirdi ki, muzeyin əməkdaşı bütün suallara cavab verəcək.

 

Muzeyə ziyarət baş tutanda isə muzey bələdçisi bildirdi ki, suallara cavab verməyə səlahiyyəti yoxdur, ancaq eksponatları təqdim edəcək. Bu və ya digər məsələlərlə bağlı dəqiqləşdirici suallara “bilmirəm”, “deyə bilmərəm” cavabını verdi.

 

Bundan əlavə, ekspozisiyanın bir hissəsini çəkmək qadağan olunmuşdu. “Bunlar şəxsi kolleksiyaların eksponatlarıdır və sahibləri onların fotosunu çəkməyin əleyhinədir”, – bələdçi vaxtaşırı ona erməni dilində göstəriş verən təhlükəsizlik xidmətinin əməkdaşının iti baxışları altında dedi.

 

“Soyqırım muzeyinə başçəkmə” beləcə başa çatdı.

 

1915-ci il mövzusuna Ermənistanda bütün siyasətçilər və ictimai xadimlər arasında müsahibələrdə toxunuldu. Həmin söhbətlərdən gəlinən nəticə sadədir: həmin mövzu bu milləti bağlayan başlıca elementdir. Ermənilər sualların çoxuna məhz bu prizmadan baxırlar və çoxları öz hərəkətlərini həmin hadisələrin fəsadları və onların təkrarlana bilməsinin təhlükəsi ilə izah edirlər.

 

Ancaq burada bir mühüm məqam var. Əlinə silah götürüb öz müstəqilliyi uğrunda döyüşən istənilən xalq axıdılan qan ilə fəxr edir və savaşaraq öz vətəndaşlarının həyatını qurban verdiyini gizlətmir. Ermənilərdə isə başqa cürdür: türklər bir milyon yarımdan çox günahsız qurbanı – qadınları və uşaqları qətlə yetirdilər.

 

Sual: Ermənilər repressiya üçün hansısa səbəb vermişdimi, niyə erməni hərbçiləri öz hökumətinə qarşı silah qaldırdı və rusiyalı işğalçı qüvvələrə yardım etməyə başladı? Sual kəskin və mənfi reaksiya doğurur.

Həmçinin erməniləri üsyana təhrik edən, qiyamçı dəstələri silah və pul ilə təchiz edən Qərb dövlətlərinin və Rusiyanın hər hansı rolu inkar edilir.

Ancaq bütün bunların ermənilərdə bir cavabı var: türklər ermənilərin məhv edilməsini çoxdan planlaşdırmışdılar ki, Türkiyəni xristianlardan təmizləsinlər. Hətta ermənilər haradasa silah qaldırmış olsaydı belə, heç kimi öldürmək olmazdı.

Bu fikirlərlə də 1915-ci il memorialını tərk etdik”.

Последние записи

Facebook Comments