(Azərbaycan dili) İran öz inqilabının 40 illiyində regionda böyük qüdrətə çevrilib - Fenix.press
(Azərbaycan dili) İran öz inqilabının 40 illiyində regionda böyük qüdrətə çevrilib

(Azərbaycan dili) İran öz inqilabının 40 illiyində regionda böyük qüdrətə çevrilib

404 not found For the sake of viewer convenience, the content is shown below in the alternative language. You may click the link to switch the active language.

Moskva – İRNA
Rusiya Prezidenti yanında Millətlərarası Şurasının üzvü və talış diasporunun rəhbəri İsmayıl Şabanov, İranın 40 il ərzində regionda Amerika diktatorluğunun qaşısında böyük maneə olmasına toxunaraq bildirdi: “Bu gün İran regionda qüdrətli, müstəqil və aparıcı dövlətə çevrilib”.

 

İsmayıl Şabanov bu gün İRNA xəbər agentliyinə verdiyi müsahibədə ilk öncə Avropa birliyinin İranla bağlı maliyyə məsələlərində atdığı addımlarına toxunaraq əlavə etdi ki, İran İslam Respublikası, müqəddəratı Brüsseldə həll olacaq bir dövlət deyil.

 

Rusiya Prezidenti yanında Millətlərarası Şurasının üzvü İranın 40 ərzində əldə etdiyi naliyyətlərdən söz açaraq qeyd etdi: “Rəsmi Tehran, hətta başqa ölkələrin belə müqəddərantında böyük rol oynayan aparıcı fiqura çevrilib”.

 

İsmayıl Şabanov əlavə etdi ki, Amerikanın sovetlər birliyinin dağılmasından sonra dünyaya hakim olmaq üçün planlar hazırladığı bir vaxtda, İran İslam inqilabının onların bu hədəflərinin qarşısında böyük bir maneəyə çevriləcəyini ağlına belə gətirmirdi. İran, İslam inqilabının qələbəsindən sonra müstəqil siyasət yürütdü və bu faktor Amerikanın planlarını alt-üst etdi. O, qeyd etdi ki, bu gün də İran Amerikanın dünya üzərində dominantlığı qarşısında böyük bir maneədir və Ağ Evin imperialist planları ilə mübarizə aparmaqdadır.

 

İsmayıl Şabanov bildirdi: “Etiraf etməliyəm ki, İrana səfərimdən öncə bu ölkənin inkişafı barədə, olduğu kimi məlumata sahib deyildim. Amma bu ölkə ilə yaxından tanış olandan və müxtəlif sahələrdəki inkişafını yaxından seyr edəndən sonra İran barədə məlumatımın olmadığını anladım. İranlılar müxtəlif sahələrdə böyük inkişafa nail olublar ki, İslam cümhuriyyəti sistemi burada əsas rol oynayır”.

 

Rusiya rəsmisi İranın regionda yürütdüyü müstəqil siyasətə toxunaraq qeyd etdi ki, İran artıq heç bir böyük qüdrətin köməyi olmadan regionda öz mənafeini təmin etmək iqtidarında olan bir dövlətə çevrilib.
O əlavə etdi: “İran orta şərqdə müxtəlif sahələrdə ən inkişaf etmiş və regionda ilk sözə sahib opan bir ölkədir. Etiraf etməliyik ki, bu faktorlar 40 il öncə inqilab nəticəsində yaranan bir sistemin sayəsində olmuşdur”.
Şabanov dedi: “İran İslam respublikası 40 il boyunca Amerikanın sanaksiyaları önündə dayandı və Amerikanın qarşısında müqavimət göstərməkdə başqa ölkələr üçün örynəyə çevrilib”.

 

Millətlərarası Şurasının üzvü Amerikanın İranda demokratiyanın inkişafında maraqlı olmadığına toxunaraq vurğuladı ki, onlar (Amerikanılar) demokrtaiyanı müxtəlif ölkələrin işlərinə müdaxilə etmək üçün sadəcə bahənə kimi istifadə edirlər. Amerikalılar demokratiya oyunu ilə İranın neft, qaz və.s. təbii sərvətlərini ələ keçirtməyə cəhd göstərirlər və bu məqsədə çatmaq üçün hər yola əl atacaqlar.

 

İsmayıl Şabanov sonda dedi: “Şəxsən ümidvaram ki, öz istiqlal və müqaviməti ilə başqaları üçün nümunəyə çevrilən İran xalqı, onlara qaşı olan qeyri qanuni addımlar və ədalətsizliklər üzərində də qələbə çalacaqlar”.

Последние записи

Facebook Comments